Ölkə futbolu

“Uğurlarımızda fanatlarımızın payı danılmazdır” – Şahruddin

“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev klubun saytına açıqlama verib.

İdmanxeber.az-in məlumatına görə, o, Avstriya toplanışından danışıb və azarkeşlərlə bağlı verilən qərara sevindiyini deyib:

“Təlim-məşq toplanışımız çox yaxşı keçir. Komandada ab-hava yüksəkdir. Qarşıdakı oyunlara çox ciddi hazırlaşırıq. İlk hədəf Avropa Konfrans Liqasında uğurlu çıxış etməkdir. Azarkeşlərlə bağlı verilən qərar məni çox sevindirdi. Çox şadam ki, onlar yenidən tribunalara qayıdır. Uğurlarımızda fanatlarımızın payı danılmazdır. Onların dəstəyinə hər zaman ehtiyacımız var. Azarkeşlər bizim üçün çox önəmlidir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43