22 Oktyabr 2024
Dünya futbolu

Ukrayna Futbol Assosiasiyasının prezidenti həbs olundu

Ukrayna Futbol Assosiasiyasının (UAF) prezidenti Andrey Pavelko barəsində həbs-qətimkan tədbiri seçilib.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə Kiyevin Peçersk məhkəməsi qərar verib.

Qurum başçısı 22-dək həbsdə qalacaq. UAF-ın başçısı 9 milyon 880 min qrivna (təxminən 270 min ABŞ dolları) məbləğində girov müqabilində azad oluna bilər.

Pavelko vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43