Ukrayna və Litva yığmaları arasında keçiriləcək yoldaşlıq görüşünün hakimləri azərbaycanlı olacaq.
İdmanxeber.com-un məlumatına görə, noyabrın 18-də Kiyevdə baş tutacaq görüşü Əliyar Ağayevin rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək. Ona Zeynal Zeynalov və Namiq Hüseynov köməklik edəcək. Dördüncü hakim funksiyasını isə ukraynalı Sergey Lisençuk yerinə yetirəcək.