25 Fevral 2025
Ölkə futbolu

Ukraynalı futbolçu “Neftçi”ni sevindirdi 

“Neftçi”nin zədəli futbolçusu komandanın sıralarına qayıdıb.

İdmanxeber.az-a verilən məlumata görə, söhbət Andrey Ştoqrindən gedir. Futbolçu bir müddətdi zədədən əziyyət çəkirdi.

Artıq onun sağaldığı bildirilir. Ukraynalı məşqlərə start verib.

Samir Abasov qarşıdakı oyunda şans versə, Ştoqrin komandaya kömək edə biləcək.

“Neftçi” növbəti matçını fevralın 28-də, Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunu çərçivəsində “Kəpəz”ə qarşı keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43