Kateqoriyasız

Ukraynalı keçmiş futbolçu müharibənin qurbanı oldu

Ukraynanın “Krivbas” klubunun keçmiş futbolçusu Volodimir Kolesnik Rusiyaya qarşı müharibədə həlak olub.

İdmanxeber.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Kolesnik Avdeyevkadakı döyüşlərdə ağır yaralanıb. O, Dneprdəki xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Daha əvvəl “Qostomel” klubundan Dmitri Martinenko, “Karpatı”dan (Lvov) Vitali Sapilo və “Sluç” klubunun futbolçusu Boqdan Semençuk müharibədə həlak olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43