“Jirona”da çıxış edən Artyom Dovbik La Liqada dekabr ayının ən yaxşı oyunçusu seçilib.
İdmanxeber.az-ın məlumatına görə, ukraynalı forvard dekabrda 4 oyuna çıxıb və 4 qol vurub.
Dovbik ötən ilin yayında 7.75 milyon avro “Dnepr-1″dən “Jirona”ya transfer olunub. O, bu mövsüm ümumilikdə La Liqada 18 oyunda 11 qol vurub və 6 məhsuldar ötürmə edib.