15 Yanvar 2025
Kateqoriyasız

Ukraynalı məşqçi “Qəbələ”nin düşərgəsindən ayrıldı

“Qəbələ”nin əsas komandasının qapıçılar üzrə məşqçisi Andrey Qluşenko komandadan ayrılıb. 

İdmanxeber.com klubun rəsmi saytına istinadən xəbər verir ki, ukraynalı mütəxəssis ailə vəziyyətinə görə vətəninə geri dönüb. 

Qluşenkonu “Qəbələ”nin əvəzedicilər üzrə komandasının qapıçı məşqçisi Vüqar Məmmədov əvəz edib. Vüqar Məmmədov daha öncə də əsas komandada fəaliyyət göstərmişdi. O, Toni Adams, Ramiz Məmmədov və Fatih Kavlakın məşqçilər korpusunda yer almışdı.

“Qəbələ” İdman Klubu Andrey Qluşenkoya komandadakı fəaliyyətinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar diləyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43