20 Sentyabr 2024
Dünya futbolu

Ukraynalı qapıçının müqaviləsi uzadılacaq

“Real”ın qolkiperi Andrey Luninlə müqavilə müddətini artırmağı planlaşdırır.

İdmanxeber.az “Marca”ya istinadən hazırda tərəflər arasında danışıqlar davam etdirilir. 

“Kral klubu”nun rəhbərliyi Ukrayna millisinin qapıçısının komandada qalmasının tərəfdarıdır. Şifahi razılığın əldə edildiyi bildirilir.

25 yaşlı futbolçu 2018-ci ildə “Zarya”dan “Real”a 8,5 milyon avro qarşılığında transfer olub.

Luninin “Real”la müqaviləsi 2025-ci ilin iyunun 30-na qədərdir. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43