22 Oktyabr 2024
Kateqoriyasız

Ukraynanın baş məşqçisi – “Mənim yerimə Şevçenko olacaq?”

Ukrayna millisinin baş məşqçisi Mixail Fomenkonun Avropa çempionatından sonra millidən ayrılacağı dəqiqləşib.

İdmanxeber.com-un məlumatına görə, təcrübəli mütəxəssis özü bu barədə danışıb. 

O, millidə baş məşqçi postunu özündən sonra kimin tuta biləcəyini də açıqlayıb: 

“Bəli, Polşa ilə matç mənim bu postdakı sonuncu oyunum olacaq. Əgər qarşıya qoyulan məqsədə çatılmayıbsa, qalmağın nə mənası var? Mənim yerimə Şevçenko olacaq? Niyə də yox? Onun böyük təcrübəsi var, özü də kursları bitirib”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43