18 Oktyabr 2024
Ölkə futbolu

Ulduz futbolçu Azərbaycan klubundan təklif aldı, danışıqlar başladı – ÖZƏL

Azərbaycan I Liqa təmsilçisi “Karvan” klubu heyətini dünya səviyyəli futbolçu ilə gücləndirə bilər.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, bölgə təmsilçisi Belçika millisinin sabiq üzvü Radca Naynqolanla danışıq aparır. Klub rəhbərliyi futbolçunun menceriylə təmasa keçib və ilkin danışıqlar müsbət nəticələnib.

Hələlik yarımmüdafiəçinin Azərbaycanda oynayacağı dəqiq deyil. Naynqolana baş ölkələrdən də təkliflər var. Təcrübəli futbolçu son olaraq İndoneziyanın II Liqa təmsilçisi “Bxayanqkara” klubunda çıxış edib.

36 yaşlı yarımmüdafiəçi karyerası ərzində “Roma”, “İnter”, “Kalyari” klimi klublarda forma geyinib.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43