Kateqoriyasız

Ulduz futbolçu hücuma məruz qaldı, xəsarət aldı

“Mançester Siti” klubunun müdafiəçisi Joao Kanselo ailəsi ilə birgə hücuma məruz qalıb.

İdmanxeber.az xəbər verir ki, hadisə portuqaliyalı ulduz futbolçunun evində istirahət etdiyi zaman baş verib.

4 nəfərlik cinayətkar dəstə Kanselonun yaşadığı evə daxil olub. Bu zaman ailəsini qorumağa çalışan futbolçu onlarla əlbəyaxa olub. Nəticədə futbolçu kiçik xəsarətlər alıb. Soyğunçular Joaonun həyat yoldaşının bəzi zinyət əşyalarını oğurlamağı bacarıblar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43