Türkiyə Super Liqasında mübarizə aparacaq “Kayserispor” klubunun yeni baş məşqçisi bəlli olub.
İdmanxeber.com-un məlumatına görə, “Qalatasaray”ın və Türkiyə milli komandasının keçmiş futbolçusu Okan Buruk Kayseri təmsilçisinin yeni baş məşqçisi olub.
Okan Buruk komandayla müqaviləsi başa çatan Kamran Ağayevin klubda qalıb-qalmamasına qərar verəcək.