Premyer Liqada 2014-15 mövsümünü titulsuz qapayan “Mançester Yuneyted” bir futboçusu ilə yollarını ayırdı.
İdmanxeber.com-un məlumatına görə, “qırmızı şeytanlar” mövsümün əvvəlində icarə əsasında heyətinə qatdığı Radamel Falkao ilə yollarını rəsmən ayırıb.
Bu barədə İngiltərə nəhənginin rəsmi saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, kolumbiyalı forvardla icarə müqaviləsinin müddəti uzadılmayıb və o, məxsus olduğu “Monako”ya qayıdıb.
Qeyd edək ki, Falkao “Mançester Yunayted”də 26 oyunda meydana çıxıb və 4 qola imza atıb.