“Neftçi” Konfrans Liqasındakı rəqibi “Beşiktaş” heyətini yüni futbolçu ilə gücləndirib.
İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubu bu yay “Liverpul”dan ayrılan Aleks-Oksleyd Çemberlenlə anlaşıb. 29 yaşlı oyunçu tibbi müayinədən keçdikdən sonra onunla müqavilə imzalanacaq.