Dünyadan

Ulduz futbolçudan azərkeşləri üzəcək xəbər

Bir müddətdir ki, zədəli olan Radamel Falkaonun son durumuna aydınlıq gəlib.

İdmanxeber.com-un məlumatına görə Kolumbiyalı forvard dünya çempionatında iştirak edə bilməyəcək.

Belə ki, bu barədə futbolçunun özü mətbuat konfransı keçirərək rəsmən məlumat verəcək.

Xatırladaq ki, forvardın atası Qarsiya Falkao dünən oğlunun müalicəsinin yaxşı getdiyini və dünya çempionatına qədər hazır ola biləcəyini qeyd etmişdi. Lakin bu gün Falkaonun yenidən zədələnə biləcəyi riski ortaya çıxmışdır


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43