“Neftçi”nin oyunlarını daima diqqətdə saxlamağa çalışıram. Vaxt olduqca nəticələrə və turnir cədvəlinə baxıram. Hər zaman bu komandanın uğurlu olmasını istəyirəm”.
Bu sözləri İdmanxeber.az saytına “Neftçi”nin sabiq futbolçusu Georgi Adamiya deyib. Gücüstanlı keçmiş oyunçu Roman Qriqorçukun “ağ-qaralar”a təyinatı barədə də danışıb:
“Əgər ona güvənilib, belə bir qərar verilibsə, Qriqorçuka uğurlar arzulamaq lazımdı. O, uzun müddət Azərbaycanda çalışıb, yaxşı təcrübəsi var. “Qəbələ”də işləyib, uğurlu nəticələr qazanıb. Ümid edirəm ki, Qriqorçuk “Neftçi”ni layiq olduğu səviyyəyə yüksəldə biləcək”.
Həsən Quluzadə