25 Fevral 2025
Dünya futbolu

“Ümid edirəm ki, Salah müqavilənin uzadılmasına razı olacaq”

“Liverpul”un baş məşqçisi Arne Slot klubun hücumçusu Muhammed Salahın başa çatan müqaviləsi ilə fikirlərini bildirib.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis misirlinin performansında məmnun olduğunu bildirib:

“Salah çox yaxşı oynasa, daha da bahalaşacaq! O qədər yaxşı olmasaydı, onunla müqavilə yeniləmək istəməzdik. Ümid edirəm ki, o, sözləşmənin uzadılmasına razı olacaq. 

32 yaşlı misirlinin “Liverpul”la müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Bu mövsüm forvard bütün yarışlarda 38 oyun keçirib, 30 qol vurub və 21 məhsuldar ötürmə edib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43