“Neftçi” Azərbaycan Premyer Liqası 23-cü turunda evdə “Zirə”ni 1:0 hesabı ilə məğlub edib.
İdmanxeber.az-ın məlumatına görə, “ağ-qaralar”ın yeganə qolunu Ervin Koffi vurub. O, klub kanalına görüşün ardından fikirlərini bildirib:
“Neftçi”nin heyətində ilk qolumu vurdum. Bu məni çox sevindirir. Ümid edirəm ki, sonuncu qolum deyil”.