“Qarabağ”ın futbolçusu Kadi Borges Heydər Əliyev adına hava limanında jurnalistlərin suallarını cavablandırıb.
İdmanxeber.az xəbər verir ki, braziliyalı futbolçu Çempionlar Liqasının ikinci mərhələsinin “Sürix”ə qarşı keçirilən matçla bağlı danışıb:
“Oyunun çətin keçəcəyini əvvəlcədən də bilirdik. Hər birimiz meydanda ən yaxşı oyunumuzu göstərməliydik. Bunu bacardıq və bizə sərfəli nəticə ilə də geri qayıtdıq”.
Borges üçüncü mərhələdə “Ferentsvaroş”a qarşı oyunda iştirak etməyəcəyilə bağlı isə bunu deyib: ““Ferentsvaroş”la oyunda iştirak edə bilməyəcəyimizə görə çox məyusam. Hər bir avrokubok oyunu çətin olur. Ümid edirəm ki, məni əvəzləyəcək oyunçu ən yaxşı matçını göstərəcək və yoxluğum hiss olunmayacaq”.