"Zədədən sonra yenidən beynəlxalq oyunlara dəvət almaq həqiqətən çox xoşdur".
Bunu Simali İrlandiya millisinin üzvü Sammi Klinqan "tvitter" səhifəsində paylaşıb. 29 yaşlı futbolçu DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycanla oynayacaqları maçt haqda bunları yazıb:
Qarşıdakı bizi Azərbaycan və İsraillə çətin oyunlar gözləyir. Hər iki qarşılaşmanı səbirsizliklə gözləyirəm. Ümid edirəm ki, hər iki səfərdən sərfəli nəticə ilə qayıdacağıq".
Qeyd edək ki, oktyabrın 11-də Bakıda millimizin qonağı olacaq Şimali İrlandiya yığması 4 gün sonra səfərdə İsraillə qarşılaşacaq.