Ölkə futbolu

“Ümid edirik ki, finala vəsiqə qazana biləcəyik” – “Neftçi”nin futbolçusu

“Çətin oyun oldu, istədiyimiz kimi oynaya bilmirdik. Əsas odur ki, sona qədər mübarizə apardıq və qələbə qazandıq. Axır ki, qol vura bildim. Şükürlər olsun. Ümid edirəm, mövsümün sonuna kimi daha çox qollar vuraram.

İdmanxeber.az-ın məlumatına görə bu sözləri “Neftçi”nin futbolçusu Kilian Lebon klub kanalına açıqlaması zamanı deyib. O, Azərbaycan kubokunun yarımfinal mərhələsində “Qarabağ”a qarşı keçirəcəkləri görüşlər haqda da fikirlərini bölüşüb:

“Qarabağ”a qarşı oyun çətin olacaq. Hər şey ola bilər. Ümid edirik ki, finala vəsiqə qazana biləcəyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43