Xəbər verdiyimiz kimi Türkiyə millisinin baş məşqçisi Fatih Terim mətbuat konfransı keçirərək keçmiş klubu “Qalatasaray”ın prezidenti Ünal Aysal barədə sərt fikirlər səsləndirmişdi.
Terimin dediklərinə cavab olaraq Aysal yerli mətbuata açıqlama verib.
O, bunları deyib:
“Məsələ bizim üçün qapanıb. Bu barədə daha öncə klubun rəsmi kanalına danışmışdım. Terim də söz haqqından istifadə etdi. Artıq-əskik danışmağa ehtiyac yoxdu”.