Dünya futbolu

Unay Emeri klubu ilə yeni müqavilə uzatdı

Unay Emeri “Aston Villa” ilə müqaviləsini uzadıb.

İdmanxeber.az-ın məlumatına görə, 52 yaşlı mütəxəssisin yeni sözləşməsi 2028/29 mövsümünün sonuna qədər nəzərdə tutulub.

Emeri 2022-ci ilin payızından “Aston Villa”ya rəhbərlik edir. Onun rəhbərliyi altında komanda 44 qələbə qazanıb, 16 dəfə heç-heçə edib, 23 dəfə məğlub olub.

Ötən mövsüm komanda Premyer Liqa turnir cədvəlini 4-cü pillədə başa vurdu və 41 ildən sonra Çempionlar Liqasına vəsiqə qazandı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43