Kateqoriyasız

“Ürəyimizin yarısı burda, yarısı isə Azərbaycandadır” – Qurban Qurbanov

“Yeni baş məşqçi gəldikdən sonra “Legiya”nın oyununda dəyişikliklər var. Rəqibimiz standard vəziyyətlərdən yaxşı istifadə edir. Sabah rəqibə qarşı yaxşı oynamağa çalışacağıq”.

Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsində “Legiya” ilə səfər oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.

O, fikirlərinin eyni zamanda öz ölkəmizdə qaldığını bildrib: Ordumuz Ali Baş Komandanımızın rəhbərliyi altında Azərbaycan torpağı olan Qarabağın işğalçılardan təmizlənməsi əməliyyatlarına başlayıb. Təbii ki, biz sülh tərəfdarıyıq, ancaq təəssüf ki, düşmənimiz bizlə eyni fikirdə deyil. Ürəyimizin yarısı burda, yarısı isə Azərbaycandadır. Bu əməliyyatlardan xoş xəbərlər alacağımızı gözləyirik. Xalqımız Ali Baş Komandanımıza inanır”.

Qeyd edək ki, sabah keçiriləcək “Legiya” – “Qarabağ” görüşü Bakı vaxtı ilə 22:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Bruno Fernandeş qəza keçirdi – FOTO

Səxavət Qurbanov

Taleh Nəsibov: “Fəxr və qürur hissi keçiririk”

admin

“Bunun çıxış yolu var” – Maksim Medvedev

admin