Ukrayna çempionatının növbəti turu çərçivəsində keçirilən "Dnepr" – "Dinamo" matçında xoşagəlməz hadisə baş verib.
İdmanxeber.com-un məlumatına görə, "Dnepr"in qapıçısı ilə hava mübarizəsində başından zərbə alan Kiyev klubunun üzvü Qusev ölümlə üz-üzə qalıb. Belə ki, qapıçının dizi futbolçunun başına dəyib. Nəticədə huşunü itirərək yerə yıxılan Qusevin dilinin qatlanmasını görə "Dnepr"in üzvü Jaba Kankava həkimləri gözləmədln futbolçunu ölümdən xilas edib.
Həkimlərin matçdan sonra verdiyi açıqlamada "Əgər həmin an Kankava müdaxilə etməsəydi, biz ora çatanda hər şey bitmiş olacaqdı" – deyib.