FİFA-nın İntizam Komitəsi Uruqvay Futbol Federasiyasının tələbini rədd edib.
İdmanxeber.com-un məlumatına görə, Uruqvayın tələbi Luis Suareslə bağlıdır.
Futbolçu Braziliyada keçirilən son dünya çempionatında İtaliya millisinin müdafiəçisi Corco Kyellinini dişlədiyi üçün cəzalanmışdı.
Futbolçuya verilən 9 oyunluq cəza qüvvədə qalıb. Luis Suares DÇ-2018-in seçmə mərhələsinin ilk 4 oyununda meydana çıxa bilməyəcək.
Xatırladaq ki, Uruqvay ilk 4 turda Boliviya, Kolumbiya, Ekvador və Çiliylə qarşılaşacaq .