“Neftçi”ni təbrik edirəm və qarşıdakı oyunlarda uğurlar arzu edirəm. Uşaq səhvləri buraxdıq. Bizim təcrübəmiz çatışmadl. İlk hissədə real imkanlarımız var idi və bundan yararlana bilmədik”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Aris”in baş məşqçisi Aleksey Şpilevski “Neftçi”yə qarşı uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.
O, daha sonra sözlərinə belə davam edib:
“Biz qırmızı vərəq aldıqdan sonra belə oynaya bildik. Ancaq son anda dəqiqlik çatışmadı. Bu gün azarkeşlər də “Neftçi”ni qələbəyə səsləyirdi və bizim üçün çətin oldu”.