Kateqoriyasız

“Uşaqlara demişəm ki…” – Aftandil Hacıyev

“Bilirdik ki, çətin oyun olacaq. Süni meydanda məşq etdikdən sonra, təbii meydançada oynamaq çətin olur”.

İdmanxeber.az-ın çəlumatına görə, bu sözləri “Səbail”in baş məşqçisi “Zirə” ilə görüşdən (0:0) sonra deyib.

O, daha sonra sözlərinə belə davam edib:

“İlk hissədə yaxşı imkanlarımız oldu. İkinci yarıda “Zirə” daha üstün oynadı. İntizamlı komandaya qarşı oynadıq. Mövqeyimiz ola bilər ki, aşağı yerdə olsun, ancaq oyunumuz ümid verir ki, daha yaxşı yerlərə yüksələ bilək”.

Hacıyev 4 turdu komandanın məğlub olmaması ilə bağlı sualı belə cavablandırıb:

“Uşaqlara demişəm ki, oyunumuzda inkişaf var. Oyundan oyuna artırırıq. Rauf Əliyev milliyə dəvət olunmalı futbolçulardandı. Yaxşı formadadı”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43