22 Oktyabr 2024
İdman

Useyn Bolt Olimpiada medalını geri qaytardı

Yamaykalı əfsanəvi sprinter Useyn Bolt 2008-ci il Pekin Olimpiadasında əldə etdiyi 4×100 metr məsəfəyə qaçış üzrə qızıl medalını geri qaytarıb.

İdmanxeber.com-un məlumatına görə, bu barədə açıqlama verən atlet bunun yaxşı hal olmadığını deyib.

“Medaldan məhrum edilməyim yaxşı hal deyil. Lakin bu, Beynəlxalq Olimpiya Komitəsinin tələbi idi. Buna görə də mən medalı geri qaytardım”, – deyə idmançı bildirib.

Qeyd edək ki, idmançının komanda yoldaşı Nesta Karterin qanında dopinq aşkar edilib. Bu səbəbdən Yamayka yığması tam heyətlə medallardan məhrum olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43