Kateqoriyasız

“Üzülməyə dəyməz” – Ailton

“Biz əlimizdən gələni etdik. Siz də gördünüz ki, rəqib necə müdafiəyə qapanmışdı. APOEL-in müdafiəsini yarmaq çox da asan olmadı. Ən azından biz əlimizdən gələni etdik, sona qədər cəhd elədik. Amma futbolda hər zaman hər istədiyin olmur. Buna görə də üzülməyə dəyməz”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın bərabərlik qolunu vuran Ailton deyib.

24 yaşlı futbolçu APOEL-in ikinci qolundakı səhvi barədə də danışıb: “Əgər sən oyundasansa, səhv etməyin qaçılmaz olur. Təbii ki, çalışmalısan ki, səhv etməyəsən. Amma hər zaman istədiyin kimi olmur. İlk buraxdığımız qolda qaydanı pozduğum epizoddan sonra topun qarşısını ala bilərdik, amma bunu bacarmadıq. Qol vurmağıma gəldikdə isə mən hücumameyilli oyunçuyam. Ancaq çalışacağam ki, daha da öz üzərimdə işləyib, qarşıdakı oyunlarda komandama kömək edim”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43