“Çox yaxşı oynadıq. Oyuna nəzarət etdik, çoxlu gözəl qollar vurduq. Düzdür, iki qolumuz sayılmadı. Baxmaq lazımdır ki, niyə sayılmadı. Uşaqları təbrik etdik. Belə davam etməliyik”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Sabah”ın məşqçisi Artur Olenin “Səbail” qələbəsini şərh edərkən deyib. O, daha sonra belə davam edib:
“Hər qələbədən sonra özümüzə gəlməyə çalışırıq. Həqiqətən, belədir. Çalışırıq ki, bu vəziyyət düzəldək. Bəzən alınmır, rəqiblər də qazanmaq istəyir. Vəziyyəti düzəldəcəyimizə inanırıq”.