Ölkə futbolu

“Vəziyyəti düzəldəcəyimizə inanırıq” – “Sabah”ın məşqçisi

“Çox yaxşı oynadıq.  Oyuna nəzarət etdik, çoxlu gözəl qollar vurduq. Düzdür, iki qolumuz sayılmadı. Baxmaq lazımdır ki, niyə sayılmadı. Uşaqları təbrik etdik. Belə davam etməliyik”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Sabah”ın məşqçisi Artur Olenin “Səbail” qələbəsini şərh edərkən deyib. O, daha sonra belə davam edib:

“Hər qələbədən sonra özümüzə gəlməyə çalışırıq. Həqiqətən, belədir. Çalışırıq ki, bu vəziyyət düzəldək. Bəzən alınmır, rəqiblər də qazanmaq istəyir. Vəziyyəti düzəldəcəyimizə inanırıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43