Ölkə futbolu

Vacib oyun öncəsi bölgə klubunu məyus edən xəbər

“Kəpəz” Azərbaycan Premyer Liqası XVI turunda qarşılaşacağı “Qəbələ” matçına itkilərlə hazırlaşır.

İdmanxeber.az-a verilən məlumata görə, Gəncə təmsilçisinin iki futbolçusu – Onanuqa və Latir Fal sözügedən görüşdə iştirak edə bilməyəcək. Adıçəkilən birinci oyunçu cəzalı, seneqallı yarımmüdafiəçi isə zədəlidir. 

“Qəbələ” – “Kəpəz” matçı dekabrın 9-da, saat 15:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43