“Şamaxı” Misli Premyer Liqasının XV turu çərçivəsində keçiriləcək “Kəpəz” görüşünə itkilərlə çıxacaq.
İdmanxeber.az-a verilən məlumata görə, bölgə təmsilçisinin iki üzvü – Adil Nağıyev və Vasilye Bakiç cəzalıdı. Adıçəkilən oyunçular bu görüşdə iştirak edə bilməyəcək.
Komandanın zədəli futbolçusu Qurban Səfərovun durumu isə bəlirsizdi. Onun oynayıb-oynamayacağı matç günü bəlli olacaq.
“Şamaxı” – “Kəpəz” qarşılaşması ayın 30-da, saat 14:30-da start götürəcək