Bu gün Misli Premyer Liqasının 21-ci turu çərçivəsində “Sabah”a qalib gələn “Kəpəz”in üzvlərinin alacağı mükafat bəlli olub.
İdmanxeber.az-a daxil olan məlumata görə, Gəncə klubunun rəhbəri İlqar Nadiri Bakı təmsilçisi ilə oyunda qələbə qazanan komandanın hər bir üzvünə 1500 manat “premya” verəcək. Bu məbləği yalnız əsas heyətdə meydana çıxan futbolçular əldə edəcək.
Sonradan meydana çıxan oyunçular 1125 manat, oynamayan futbolçular isə 750 AZN mükafat qazanıblar.
Qeyd edək ki, “Kəpəz” “Sabah”ı 3:2 hesabı ilə məğlub edib.