Dünya futbolu

“Valensiya”nın baş məşqçisi qovuldu!

“Valensiya”nın baş məşqçisi Miroslav Cukiç istefaya göndərilib.

“Yarasalar”ın cari mövsümdəki uğursuz çıxışı, o cümlədən, İspaniya çempionatının ötən turunda “Atletiko”ya 0:3 hesablı məğlubiyyət rəhbərliyin belə addım atmasına səbəb olub. Onunla birlikdə köməkçiləri də komandadan qovulub. Artıq bu barədə klubun rəsmi saytı da məlumat yayıb.

Qeyd edək ki, “Valensiya” 16 turdan sonra topladığı 20 xalla La Liqada 9-cu sırada qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43