19 Fevral 2025
Kateqoriyasız

“Valetta” – “Qarabağ” matçının hakimləri açıqlandı

Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk görüşləri çərçivəsində səfərdə keçiriləcək “Valetta” – “Qarabağ” matçını idarə edəcək hakimlərin adı açıqlanıb.

İdmanxeber.com-un məlumatına görə, iyulun 15-də Maltada baş tutacaq oyun isveçrəli referi Adrian Jakottetin başçılıq etdiyi hakimlər briqadasına tapşırılıb. Ona Yohannes Fogel və Stefan de Almeyda (yan xəttə hakimləri), eləcə də dördüncü hakim Sandro Şarer yardımcı olacaqlar.

Qeyd edək ki, görüş Ta Qali şəhərindəki Milli Stadionda baş tutacaq və Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43