19 Fevral 2025
Kateqoriyasız

“Valetta”nın baş məşqçisindən acı etiraf: “Qarabağ” çətin rəqibdi”

“Qarabağ” çətin rəqibdi. Mən Azərbaycna futbolunu izləyirəm. Çünki komandalar haqda ümumi bilik əldə etmək bir baş məşqçi kimi borcumdu. Bundan başqa bu ölkədə bütün sektorlara qoyulan sərmayələrə görə futbol yüksək surətlə inkişaf edir”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Qarabağ”ın Çempionlar Liqasının ikinci təsnifat mərhələsindəki rəqibi Maltanın “Valetta” klubunun baş məşqçisi Cilbert Aquis deyib.

Malta klubunun çalışdırıcısı ÇL-in cavab matçı üçün Azərbaycana səfərin uzaq olacağını da bildirib:

“Yol amilini də nəzərə almaq lazımdı. Cavab oyunu üçün Azərbaycana çox yorucu və uzun səfərimiz olacaq. Amma neyləmək olar? Bu futboldu”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43