ÇL-in ikinci təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan Valletta”nın baş məşqçisi Cilbert Aqius mətbuatın suallarını cavablandırıb.
İdmanxeber.com-un məlumatına görə, “Valletta”nın çalışdırıcısı oyun haqda bu sözləri deyib:
– Ötən illərdə Avroliqada göstərdiyi nəticələr göstərir ki, “Qarabağ” yaxşı komandadır. Biz qürurumuz üçün mübarizə aparacağıq və inanıram ki, maraqlı mübarizə olacaq”.
– Əsas tapşırığınız məğlub olmamaq olacaq, ya çox top buraxmamaq?
– Mən məşqçiliyə yeni başlamışam. Mənim üçün vacib olan amil yaxşı performans göstərməkdir, nəticə vacib deyil. əgər performans göstərsələr, nəticə öz-özünə gələcək.
– Adətən səfərdə olan komandalar oyun saatında məşqə çıxır. Siz isə “Qarabağ”dan öncə məşq edirsiniz. Bunun səbəbi nədir?
– Bunun iki səbəbi var. Oyun vaxtında məşq etsəydik otelə gedib yemək yemək gec olardı. Həm də oyuna qədər istirahət etməyə daha çox vaxt olar.
– “Zalsburq” haqda düşünürsünüz?
– Turu keçsək bu haqda düşünərik. Ancaq keçmədikdən sonra bu kimi şeylər zaman itkisidir.
– “Valletta”nın futbolçuları iddilı danışır, ancaq siz sanki indidən təslim olursunuz. Bunun səbəbi nədir? Siz artıq “Qarabağ”a təslim olmusunuz?
– Mən heç vaxt pessimist olduğumu düşünmürəm.
– İlk oyunda qapıçı qəhrəmanlıq etdi, penalti zərbəsini dəf etdi. Sabah “Qarabağ” qarşısında hansı sürprizə hazırlaşırsınız?
– Mən fikirləşirəm ki, ev oyununda qapıçımız yaxşı seyvlər etdi. Ancaq həmin oyunda yaxşı oynayan futbolçularımız vardı. Ümid edirəm ki, sabahkı oyunda qapıçı qəhrəman olmaz.