Dünyadan

Valter Mazzari : “Qarabağ”la oyuna qədər toparlanmalıyıq”

Avroliqanın qrup mərhələsində “Qarabağ”ın rəqibi olan İtalyanın “İnter” klubunun baş məşqçisi həftəsonu “Kalyari”yə 1:4 hesabı ilə məğlub olduğları oyunu şərh edib.

İdmanxeber.com-un məlumatına görə, “İnter” klubunun baş məşqçisi Valter Mazzari “Qarabağ”la oyuna qədər toparlanmalı olduğlarını da bildirib:

“Hər bir məşqçi 1:4 hesabı ilə uduzduğu oyunu və qırmızı vərəqə aldıqları epizodu şərh edərkən təndiq olunur. Bəli, oyun ərzində müəyyən anlar oldu ki, dəyişiklik edə bilərdim. Lakin 10 nəfərlə qalmağımız işimizi çətinləşdirdi. Təəssüf ki, Naqomoto ilk qolda səhv etdi. O, əsəbi idi. Daha sonra isə qırmızı vərəqə almaqla komandanı çətin vəziyyətdə qoydu. Heyətdə səhvə yol verdim. Müasir futbolda fiziki hazırlığın əsas komponent olduğunu düşünmürəm. Bu bizə bir dərs oldu. Ümid edirəm ki, futbolçular bu məğlubiyyətdən nəticə çıxaracaqlar. Artıq onlarla söhbət etmişəm. Bu matçı unudub, Avropa Liqasında qarşılaşacağımız “Qarabağ”la oyuna qədər toparlanmalıyıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43