Hollandiya millisinin hücumçusu Robin Van Persi zədəsini sağaldıb.
İdmanxeber.com-un məlumatına görə, “Mançester Yunayted”li futbolçu artıq komandası ilə məşqlərə başlayıb.
Van Persinin qarşıdakı dünya çempionatında iştirak edəcəyi gözlənilir.30 yaşlı futbolçunun hətta mayın 31-də keçiriləcək yoldaşlıq görüşündə meydana çıxacağı da istisna olunmur.
Qeyd edək ki, van Persi yığmanın son məşqində dizindən zədələnmişdi.