Milli komanda

Vaqif Cavadov: “Ancaq buna mən qərar vermirəm”

Vaqif Cavadov “Avro-2016”nın seçmə mərhələsi çərçivəsində sabah Bolqarıstana qarşı keçiriləcək oyun haqda danışıb.

İdmanxeber.com-un məlumatına görə, təcrübəli futbolçu mətbuata açıqlamasında bu sözləri deyib:

“Oyuna çox ciddi hazırlaşmışıq.  Bilirik ki, seçmə mərhələyə necə başlasaq,  elə də gedəcək. Bütün fikirlərimizi sabah baş tutacaq görüşə yönəltmişik.

İlk dəqiqədən meydanda olmaq istərdim. Ancaq buna mən qərar  vermirəm. Hər şey baş məşqçidən asılıdır. Sabaha qədər çox şey dəyişə bilər. Kimsə zədələnib heyətdən çıxarıla da bilər”

Cavadov rəqib futbolçularının iddialı açıqlamalarına da münasibət bildirib:

”Onların  bizə yuxarıdan aşağı baxması xeyriməzədir.  Çünki bu, bizə əlavə motivasiya verir. Rəqib isə arxayınlaşa bilər. Rusiya və Türkiyəyə qarşı oynadığımız oyunu sabah Bolqarıstana qarşı oynayacağıq. Bolqarıstan mətbuatının yazdıqlarına fikir vermirəm. Sabaha qədər də mətbuatı axumayacağam”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43