Kateqoriyasız

Vaqif Cavadov Avropanın TOP-10-luğunda

Beynəlxalq Futbol Tarixi və Statistikaları Mərkəzi (IFFHS) Avropa çempionatında və seçmə mərhələlərində iştirak edən ən gənc futbolçuların siyahısını tərtib edib.

Sədvəldə Azərbaycan millisinin oyunçusu Vaqif Cavadov da yer alıb. Sıralamanın 9-cu pilləsində qərarlaşan futbolçu yığmada debütünü 2006-cı il sentyabrın 2-də 17 yaş 100 günlüyündə olarkən Serbiyaya qarşı matçda (0:1) edib.

Siyahıya Norveç millisinin futbolçusu Martin Edeqor başçılıq edir. O, 15 yaş 300 günlüyündə Bolqarıstanla görüşdə meydana daxil olmaqla yığmada ilk oyununu keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43