“Sumqayıtı təbrik edirəm. Bizim bu gün 75 illiyimizdir. Şəhərimiz günü-gündən gözəlləşir, inkişaf edir. Klub olaraq da, istəyirik ki, inkişaf edək. Bugünkü gözəl qələbəni şəhərimizə hədiyyə edirik. Necə gözəl şəhərimiz varsa, elə də gözəl qələbəmiz oldu. Vacib üç xal qazandıq. Yaxşı komandaya qarşı mübarizə apardıq. Oyun da bunu göstərdi. Hər iki hissədə “Sumqayıt” daha üstün idi. Futbolçularım yaxşı oynadı. Onları təbrik edirəm”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Vaqif Cavadov “Şamaxı” qələbəsi (1:0) barədə danışarkən deyib. O, daha sonra belə davam edib:
“Hər oyun çətindir. Son oyunlarda qalib gəlmişik. Bəlkə bəziləri deyə bilər ki, “Sumqayıt” rahatlaşıb. Elə şey yoxdur. Hər matçda istədiyimiz oyunu nümayiş etdirərək, şəhərimizin layiq olduğu qələbələri qazanmaq istəyirik. Hər oyun bizim üçün çox önəmlidir”.
Cavadov milli komandamızın UEFA Millətlər Liqasəndakı çıxışı barədə də danışıb:
“Hamımızın millisidir. Millidə oynayanda da, indi də deyirəm ki, pis və ya yaxşı, bizim millidir. Tənqidlər olmalıdır, amma təhqirlərə keçməli deyilik. Veteranlar, futbolçular, məşqçilər, media işçiləri, hamımız birlikdə nə lazımdırsa ortaq məxrəcə gəlməliyik və millimizi qələbələrə aparmalıyıq”.