İdman

Vaqif Cavadov məsələsinə son qoyuldu

Azərbaycan milli komandasının sabiq futbolçusu Vaqif Cavadovun yeni klubu müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, 8 aylıq fasilədən sonra özünə komanda tapan 28 yaşlı hücumçu “Keşlə”yə keçib.

Tərəflər müqavilə şərtlərini artıq razılaşdırıblar. Vaqiflə cari mövsümün sonunadək müqavilə imzalanacaq. 

Xatırladaq ki, son klubu ötən çempionatda I Diviziona düşən AZAL olan Cavadov “Keşlə” “İnter” adlananda onun şərəfini qoruyub. Hücumçu bu klubun heyətində kapitan olmaqla yanaşı, çempionatda 33 oyunda 14 qol vurub. sport24.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43