Azərbaycan millisinin hücumçusu Vaqif Cavadov Avroliqanın pley-off mərhələsində bir-birnə rəqib olan “Qarabağ” və “Tvente” haqqında danışıb.
İdmanxeber.com-un məlumatına görə, hər iki klubda forma geyən təcrübəli forvard Hollandiya mətbuatına açıqlamasında bu sözləri deyib:
“Hər iki komanda mənim üçün doğmadır. “Qarabağ”da beş il oynadım, ancaq təəssüf ki, çempion ola bilmədim. “Tvente”yə gəlincə 18 yaşımda orada çempionluq yaşadım. Bu komandanın azarkeşlərinə təşəkkür edirəm. Onlar hər zaman mənə qarşı yaxşı davrandılar. Zədə səbəbindən Enshede təmsilçisində forma geyinmək şansım olmadı. “Tvente”yə transfer olduğum üçün peşman deyiləm. Bu transfer karyeramda önəmli addım oldu. Yenidən bu komandaya qayıtmaq istərdim. Beş il öncəki “Tvente” ilə indiki komanda arasında böyük fərq var. O zaman klubun futbolçu seçmək imkanı daha çox idi. Mən bu dəfə “Qarabağ”ın qələbə qazanacağını düşünürəm”.