“Bizimlə Rusiya millisi arasında keçirilən oyunlar çox prinsipial olur. Rəqibimizə sübut etməliyik ki, biz də yüksək keyfiyyətli komandayıq”.
İdmanxeber.com-un məlumatına görə, bu sözləri milli komandamızın futbolçusu Vaqif Cavadov deyib.
Rusiya ilə keçiriləcək yoldaşlıq oyunu öncəsi açıqlama verən Cavadov daha sonra sözlərionə belə davam edib:
“Hər bir futbolçumuzun özünü sübut etmək üçün şansı var. Biz bura ancaq qələbə fikri ilə gəlmişik”.
Qeyd edək ki, Rusiya – Azərbaycan oyunu bu gün Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.