“Boluspor”a gəldiyim üçün çox məmnunam. Qarşılıqlı razılıq əsasında müqavilə imzaladıq”.
İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Boluspor”la müqavilə imzalayan Vaqif Cavadov klubun rəsmi saytına açıqlamasında deyib.
Millimizin hücumçusu yeni komandasında canla-başla mübarizə aparmağa hazır olduğunu bildirib: “Həm baş məşqçinin, həm də klub prezidentinin bura gəlməyimdə böyük əməyi oldu. Canla-başla mübarizə aparmağa hazıram. Elə buna görə də “Boluspor”a gəlmişəm. İnşallah, uğur qazanarıq”.
Qeyd edək ki, V.Cavadov mövsümün ilk yarısını Türkiyə birinci liqa təmsilçisi “Qaziantep BB” klubunda keçirib.