AZAL klubu daha bir futbolçu ilə müqavilə bağlamağa yaxındır.
Baş məşqçi Vaqif Sadıqov bir müddətdir komandada baxışda olan Jumel Harevodu bəyənib. Onunla böyük ehtimalla müqavilə imzalanacaq.
Qeyd edək ki, 28 yaşlı hücumçunun son klubu Trinidad və Tobaqo "St. Ann`s Rangers" klubu olub.