AZAL-ın baş məşqçisi Vaqif Sadıqov futbol üzrə Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində keçirilmiş AZAL – “Neftçi” oyununu (2:1) şərh edib.
Yaxşı oynadıq və layiqli qələbə qazandıq. Oyunçular qarşısında topu özlərində saxlamaq tapşırığı qoyulmuşdu. Mən hakimin qərarlarını şərh etməyi sevmirəm. Ancaq, hakim iki qırmızı vərəqə göstərməklə, düzgünü qərar qəbul etdi. “Neftçi” mənim keçmiş komandamdır. Ancaq mənim problemim yoxdur. Beynəlxalq oyunlarda həmişə onlara azarkeşlik etmişəm. Ancaq indi AZAL-dayam və bu komanda üçün hər şey edirəm”.